Mədəniyyət

Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayıb

Uvertüra.az nazirliyə istinadən xəbər verir ki, 3 gün davam edəcək festival çərçivəsində konsert proqramları, sərgilər və müxtəlif təqdimatlar olacaq.

Qeyd edək ki, Şuşa şəhəri 2023-cü ildə həm də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Budəfəki “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında da TÜRKSOY-a daxil olan ölkələr, regionun türkdilli ölkələri və xalqlarının yaradıcı kollektivləri iştirak edəcəklər.

Mayın 12-də isə “Şuşa-Türk dünyasının mədəniyyət paytaxtı  2023”  tədbirinin rəsmi açılışı olacaq.

You may also like