Azərbaycan Kinematoqrafçılar İttifaqı, “Tənha insanın monoloqu” bədii filminin festivallarda iştirakını təmin etmək üçün ingilis dilinə tərcüməsinin redaktəsi və DCP formatında nüsxəsinin hazırlanmasına maliyyə dəstəyi ayırıb.
Uvertura.az Azərtac-a istinadən xəbər verir ki, film psixoloji ailə dramı janrındadır və müharibə ilə bağlı mövzuları və ata-oğul münasibətlərini əhatə edir.
Filmin rejissoru və ssenari müəllifi Emin Əfəndiyev, operatoru Daniel Quliyev, prodüseri Sərvər Bayramov, rəssamı Arif Niftiyev və bəstəkarı Azər Hacıəsgərdir. Filmdə baş rolları Mahir Dərviş və Elşən Əsgərov ifa ediblər.
Ekran əsəri Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə “Shahdagfilm” studiyasında istehsal edilib.