Mədəniyyət

“Tağıyev: Neft” filmi “Oskar” mükafatına namizəd təqdim edilib

“Tağıyev: Neft” filmi Azərbaycanın “Ən yaxşı beynəlxalq bədii film” kateqoriyasında 98-ci Kino Akademiyasının “Oskar” mükafatına namizəd təqdim edilib.

Uvertura.az xəbər verir ki, bunu Azərbaycan Film Seçimi Komitəsinin sədri kinorejissor Şamil Əliyev bildirib.

O qeyd edib ki, kateqoriya üzrə uzun siyahı oktyabr, qısa siyahı dekabrda, əsas nominasiyalar isə 2026-cı ilin yanvarında elan olunacaq. Mükafatlarılma mərasimi isə 2026-cı ilin martında Los-Ancelesdə keçiriləcək.

Ekran əsəri Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən lentə alınıb.

You may also like