“Qardaş Türkiyədə prezident seçkilərinin 2-ci turunda cənab Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsi ilə Türkiyənin 2-ci 100 ili başladı. Növbəti 100 ildə Türkiyə 1-ci 100 ildə ona mane olan bütün əngəlləri aşmağa çalışacaq”.
Uvertüra.az xəbər verir ki, bu sözləri özünün “LinkedIn” platformasında millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişil yazıb.
“Bu yolda qardaş türk xalqına doğru adam lazım idi, o da doğru adamı və doğru yolu seçdi. Türkiyə bundan sonra daha da güclənəcəkdir. Türk Dünyasının da inkişafında yeni mərhələ başlayır. Bu mərhələdə Türk Dünyası güclü və inkişaf etmiş olacaqdır.
Türkiyənin güclü olmasını, doğru adam seçməsini arzulayan hər kəsi təbrik edirəm! Türkiyə böyük və çətin bir imtahandan şərəflə qalib çıxdı! Bu imtahanda Azərbaycan dövləti və xalqı daim qardaş türk xalqının yanında oldu!
Biz bir millət, iki dövlətik!”, – deyə Tahir Mirkişili qeyd edib.