Mayın 29-da Heydər Əliyev Sarayında bir çox müsabiqələrin mükafatçısı, gənc və istedadlı ifaçı Almaxanım Əhmədlinin ilk solo konserti olacaq.

Sarayın mətbuat xidmətindən Uvertüra.az-a verilən məlumata görə, konsertdə xanəndə öz repertuarındakı mahnılarla yanaşı, muğamlar, xalq və bəstəkar mahnıları ilə tamaşaçıların qarşısına çıxacaq.

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.