Fevralın 6-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında məşhur koreyalı dirijor Jong-hun Bae ilk dəfə səhnəyə çıxacaq.
Uvertura.az xəbər verir ki, tədbirdə Azərbaycan və rus bəstəkarlarının yaratdığı dəyərli əsərlər, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə maestronun idarəsində ifa olunacaq.
Yüksək musiqi mədəniyyətinə malik olan Jong-hun Bae yalnız öz ölkəsində deyil, həmçinin Asiya, Avropa və Şimali Amerikanın tanınmış orkestrləri ilə, o cümlədən Tokio Simfonik Orkestri, Sankt-Peterburq Dövlət Akademik Simfonik Orkestri, Leypsiq Simfonik Orkestri və “Mixail Jora” adına Filarmoniyanın Simfonik Orkestri ilə dünyanın ən prestijli səhnələrində çıxış edərək dirijorluq bacarığını geniş auditoriyaya təqdim edib.