Bir zamanların populyar musiqi qrupu MFÖ-nün üzvlərindən biri (Mazhar, Fuat, Özkan) Özkan Uğurun 3 aydır ki, xəstəxananın reanimasiya bölməsində yatdığı müəyyən edilib.
Uvertura.az xəbər verir ki, o, ilk dəfə 2013-cü ildə xərçəng xəstəliyinə tutulmuşdu, ancaq hər dəfəsində isə sağalmışdı. Artıq sayca 3-dür ki, o xəstəxanaya yerləşdirilir.
MFÖ-nun qrup üzvü Fuat da dostunun sağlamlıq vəziyyəti ilə bağlı açıqlama verib və əlavə edib ki, deyilən sözlər doğrudur, 3 aydır ki, reanimasiyadadır: “Ancaq həkimlərdən aldığımız məlumata əsasən yaxın 4-5 gündə ondan yaxşı xəbərlər alacağıq”, – deyə açıqlamasına əlavə edib.