“Gününü sükan arxasında keçirənlər və kontent yaradanlar üçün “iPhone” çox qeyri-funksionadır. Belə zülm olar?”.
Uvertüra.az xəbər verir ki, bu haqda tanınmış şoumen Murad Arif özünün “Facebook” sosial şəbəkəsində yazıb.
O, “iPhone”un qeyri-funksionallağını iddia etdiyi şəxsi səbəblərindən də yazıb:
“Səsli mesaj yazmaq istəyirsən, gərək avtomobilin blutuzunu söndürəsən ki, səsin yazılsın. Spotify dinlədiyin yerdə, sənə səsli mesaj gəlirsə, telefonun blutuzunu söndür ki, mesajı dinləyəsən. Ya da telegramı və spotifayı söndür telefonunda, mesajı dinlə, sonra yenidən qoş. Video, audio montajlar zülm. Allah eləməsin, telefona (montaj üçün) mp3 və ya wav səslər yükləmək istəyirsənsə, Dokument adlı əlavə proqram yüklə. Bunu ora, onu bura, 1001 əməliyyatdan sonra, bəxtin gətirsə, videonun üstünə səsi yapışdıracaqsan. Şəkil qalereyası ayrı bəladır. Məsələn, şəkilləri ümumidən qoparıb ayrıca qovluğa atmaq istəyirsən ki, ümumi qalereyada gözünə dəyməsin. Mümkün deyil. Ayrıca papkaya atacaqsan. Amma ümumidə də qalıb səni bezdirəcək… Telefonla min dənə əməliyyat, montaj edən kəslər üçün iPhone cəhənnəmdir. Adam lap cana gəlir. Qərarım qətidir”.
“iPhone-u tərifləyənlər, siz rahatlığın nə olduğunu bilmirsiniz, ondandır”, – deyə paylaşımına əlavə edib.