Ötən həftə sonu Türkiyənin meqastarı Tarkan Tevetoğlu solo konsert proqramı ilə “Baku Crystal Hall”da çıxış edib. Dillərdə əzbər hitləri və özünəməxsus rəqsləri ilə tamaşaçıları coşduran sənətçinin yanına pərəstişkarlarından birinin səhnəyə çıxaraq onunla selfi çəkdirməsi maraq doğurub.
Uvertura.az xəbər verir ki, Tarkanla görüşən həmin xanım keçmiş “Kristal” qrupunun üzvlərindən biri olan müğənni Lalə imiş.
Türk vətəndaşı Nurkanla ailəli olan və səhnədən uzaqlaşan Lalə bir neçə il əvvəl əri ilə birlikdə ATV kanalında aparıcılıq da edib. Lakin sonradan o, bu sahədən də ayrılaraq hazırda “influencer” kimi sosial şəbəkədə fəaliyyət göstərir.
Tarkanla səhnədə görüşünün görüntülərini sosial şəbəkə hesabında izləyiciləri ilə paylaşan Lalə xəyalının gerçək olduğunu yazıb.