Mədəniyyət

Teatr Muzeyində “Şəhid adı hər bir addan ucadır!” adlı tədbir keçirilib

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar olaraq “Şəhid adı hər bir addan ucadır!” adlı tədbir keçirilib.

Uvertura.az Azərtac-a istinadən xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardından şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Muzeyin elmi-kütləvi işlər üzrə şöbəsinin müdiri Ümidə Hacıyeva tədbirdə geniş məruzə ilə çıxış edib.

Sonra, muzeyin əməkdaşları tərəfindən 20 Yanvar faciəsi ilə bağlı hazırlanmış videoçarx nümayiş etdirilib.

Tədbirin bədii hissəsində isə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri şeir kompozisiyaları təqdim ediblər. Eyni zamanda, milli birlik və vətənpərvərliyin simvolu olan həmin qanlı gecənin dəhşətlərini təsvir edən rəsmlərdən ibarət sərgi nümayiş olunub.

You may also like