Bu dəfə fərdi inkişaf kateoqoriyasından “TED kimi danış” kitabını analiz edirik
Kitabda TED videolarından istinad kimi istifadə edilməklə, ictimai danışmağın sirlərindən bəhs edilir. TED videolarının niyə bu qədər populyar olmasının sirri nə idi? Uğurlar və ya uzun iş saatları? Müəllif Gallo bu kitabı yazdığından bəri bəxtlərə inanmır. Bəs, xalq qarşısında təsirli çıxış etməyin, kütləyə çatan, insanların asanlıqla unuda bilməyəcəyi nitq söyləməyin sirri nədir? Kitabda müəllifin doqquz başlıq altında topladığı bu sirləri oxuyuruq.
İnsanlarla danışaraq onları cəlb etmək istəyirik. Bu hamımızın xeyrinədir. Çünki bizim ən güclü inandırma vasitəmiz ünsiyyətdir. Tarixdən bəri insanlar ünsiyyət bacarıqlarını maksimuma çatdıraraq müxtəlif üsullar inkişaf etdirmişlər.Başlıq peşəkarları cəlb etsə də, məzmun gündəlik həyatdan hissələrlə hamımızı cəlb edir. Müəllif kitabda sadə üslubdan istifadə edib. O, oxucunu darıxdırmadan, çox məcbur etmədən, başa düşülən şəkildə əksər mövzulara toxunub. Kitabın daxilində qısa və məşhur ted çıxışlarını əlavə etməklə misallar çəkib
Bir az spoiler versək: Kitabda dinləmənin açar olduğunu, doğru zamanda doğru sözlə danışmağın bir çox qapıları açacağını, həyəcanın əslində bir maneə olmadığını qeyd edir. Və əlbəttə ki, həlləri ilə.
Uzun araşdırmaların və təcrübələrin real hekayələrlə dəstəklənməsi bu kitabı daha çox dəyərli edir.
Bu kitabın oxucuya ən böyük töhfəsi cəsarət olacaq. Kitabı bitirdiyiniz zaman yaddaqalan təqdimat etmək və kiminsə sizin təqdimatınızı darıxmadan dinləməsi üçün nə etməli olduğunuz barədə biliklərlə təchiz ediləcəksiniz və əminəm ki, bu məlumat oxucunu həvəsləndirəcək. Kitabı danışan və ya ictimaiyyət qarşısında çıxış etməyə hazırlaşan hər kəsə tövsiyə edə bilərəm.
Qısaca tanış olmaq üçün başlıqları əlavə edirəm:
sirr #1: içinizdəki ustalığı üzə çıxarın
sirr # 2: hekayə söyləmə sənətində ustalaşın
sirr # 3: söhbət edin
sirr # 4: mənə yeni bir şey öyrədin
sirr #5 Ağızları açıq qoyacaq anlar yaradın
sirr # 6: Rahat olun
sirr #7: “18 dəqiqə qaydası”na əməl edin
sirr # 8: Bir çox emosional təcrübələrin köməyi ilə zehni bir şəkil çəkin
sirr # 9: Özünüz olun
Araşdırdı: Səid Məmmədov