Türkiyə prezidenti Recep Tayyip Erdoğan ,cənab İlham Əliyevlə TEKNOFESTi ziyarət ediblər.Ziyarət zamanı İlham Əliyev Türkiyənin son 20 ildə dünyada söz sahibi olduğunu bildirib. İlham Əiyev öz çıxışında:
“Türkiyə və Azərbaycan dost və qardaş ölkələrdir. Eyni zamanda Türkiyə və Azərbaycan 2 il əvvəl Şuşa bəyannaməsi ilə rəsmən müttəfiq oldular. Türkiyə, onun prezidenti, qardaş türk xalqı hər zaman yanımızda olub. Bu bizə əlavə güc verdi.Bir il əvvəl Bakıda TEKNOFEST festivalı keçirildi. Dəyərli qardaşımla qatıldım. Mən bu gün buradayam. Türkiyə və Azərbaycan həmişə eyni yerdədir.” ifadələrini qeyd edib.
Bundan başqa Azərbaycanda Bayraktar Mərkəzinin açılışından söz açıb:
“Azərbaycanda Bayraktar mərkəzi tikmək qərarına gəldik. Ümid edirəm ki, Qırmızı Alma yaxın gələcəkdə Azərbaycan səmasında olacaq. Qırmızı alma səmada, TGC Anadolu dənizdə, Togg yolda. Bu gün Türkiyədir. Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. Biz bu gün bunun sübutuyuq.”