Harbiyedə səhnəyə çıxan məşhur rokçu Teoman üzərində köhnə fotoşəkili olan köynəkləri satacağını bildirib.
Bayhan Music tərəfindən təşkil edilən N Kolay Harbiye Açıq Hava konsertlərini Teoman açıb. Məşhur müğənni “Karyeramın 26-cı ilində köynək tikdirməyi düşündüm. Tezliklə bunlar satılacaq. Gözümü gənclərə çəkdim, köynəyin üstünə gənclik şəklimi qoydum. Mən bunun gənclərə getməsini istəyirəm” dedi.