“TuralTuranX-in “Eurovision” hekayəsi gözümün qabağında yazılıb. Bu uşaqlar yaradıcı, istedadlı və cəsarətlidirlər. Bu il Azərbaycanı öz bəstəmiz, öz yaradıcılığımız təmsil edir. Mənim üçün önəmli məqam budur. Zaqatala həmişə Azərbaycanın ən cəsarətli və davranış, fikirlərə hörmət edən bölgəsi olub. Ora sanki başqa bir dünyadır. Əhalisi dindar olmasına baxmayaraq, (Tural, Turan da dindar və çox acılı hekayəsi olan bir ailədən gəlir) burada olanlar hətta öz ideologiyalarına qarşı olan davranışlara da hörmətlə yanaşıblar”.
Uvertüra.az xəbər verir ki, bu haqda texno-blogger Fərid Pərdəşünas özünün “Facebook” sosial platforması üzərindən yazıb.
“Ümumiyyətlə idman, musiqi və digər yarış tipli aktivlikləri çox da böyüdüb xalqa, millətə bağlamağın tərəfdarı deyiləm. Bu gün TuralTuranX üçün Liverpulda imza sırasına duran ingilislər varsa, bu uşaqların geyindiyi geyiminə görə öz insanlarımız tərəfindən təhqir olunması həqiqətən ağrılıdır. İdman, musiqi və hər hansı yarış qeyrət, namus təmsili olmalı deyil. Ümumiyyətlə namus, qeyrət, əxlaq fərdlərin özünəməxsus olmalı və toplu şəkildə qorunan anlayış heç olmalı deyil”, – deyə o, yazıb.
“Yenə deyirəm, musiqidir, idmandır və s bunlar yarışdır. Əlavə məna həddən artıq yüklənilməməlidir. Bu mənim şəxsi və özümə görə sağlam düşüncələrimdir. Hər birinizin fikrinə hörmət edirəm və hər birimizə nifrət nitqindən uzaq olmağı arzu edirəm”.