Qərbi Afrika ölkəsi Seneqalda TikTok sosial şəbəkəsi növbəti xəbərdarlığa qədər qadağan edilib.

Uvertura.az a istinadən xəbər verir ki, bu barədə ölkənin Rabitə Nazirliyi açıqlama yayıb.

“TikTok ölkənin sabitliyini təhdid edən nifrət dolu və dağıdıcı mesajlar yaymaq üçün bədxassəli insanların seçdiyi proqramdır”, – deyə bəyanatda bildirilib.

Qeyd edək ki, iyulun 31-də müxalifət lideri Ousmane Sonkonun həbsindən sonra Seneqalda mobil internet də kəsilib.

Araşdırdı: Zamanlı Nəzrin

You may also like