Bir gün sonra məşhur müğənni, 83 yaşlı Tina Turner-in ölümünün səbəbi məlum olub.
Uvertüra.az xəbər verir ki, onun nümayəndəsi DailyMail.com-a açıqlamasında bildirib ki, ölümünə səbəb təbii səbəblər olub. Eyni zamanda onun mətbuat meneceri NBC News-a açıqlamasında qeyd edib ki, uzun müddətdir ki, davam edən xəstəliyi ölümünə səbəbdir. Həmçinin onun meneceri ilə əlaqə saxlanılsa da geridönüş əldə edilməyib.
Qeyd edək ki, mayın 24-də onun komandası bildirmişdi ki, Tina Turner İsveçrədəki evində vəfat etmişdir.