Böyük Britaniyada keçirilən hərracda 1912-ci ilin aprelində batan “Titanik”dəki birinci dərəcəli sərnişinlər üçün şam yeməyi menyusu 84 min funt sterlinqə (təxminən 174 min manat) satılıb.
Uvertura.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən menyu 11 aprel 1912-ci il tarixlidir. Həmin gün birinci dərəcəli sərnişinlərə istiridyə, mal, quzu, ördək əti, cəfəri püresi, kalamar, qızılbalıq, həmçinin desertlər verilib.
Kağız parçası mərhum tarixçi Len Stivensonun 1960-cı illərin fotoalbomundan qızı və kürəkəni tərəfindən tapılıb. Menyunu gəmi qəzasından sağ çıxanlardan birinin ona verdiyi ehtimal olunur.
Qeyd edək ki, aprelin 14-də axşam saatlarında Titanik aysberqlə toqquşub və ertəsi gün batıb.