Məşhur türkiyəli aktyor Tolqa Sarıtaş yol qəzası keçirib.
Uvertura.az Türkiyə mediasına istinadən xəbər verir ki, Aktyor, şəxsi avtomobili ilə çəkiliş meydançasına gedərkən qəzaya düşüb.
Tolqa Sarıtaş qəzada yüngül xəsarətlər alıb və vəziyyəti normaldır. Lakin maşınına ciddi ziyan dəyib.
Xatırladaq ki, Tolqa Sarıtaş bir çox məşhur kino və serial layihələrində rol alıb. O, “Güneşin Kızları”, “Kötü Çocuk”, “Söz”, “Arıza” kimi layihələrdə diqqət çəkib və hazırda “Teşkilat” serialında çəkilir.