Mərhum Əməkdar artist Tünzalə Əliyevanın qızı Zəhra seriala çəkilir.
Uvertura.az xəbər verir ki, bu barədə “Xəbər-ətər” verilişində danışılıb.
O, “İkinci bahar” adlı serialda “Toppuş” obrazını canlandırır.
Ekran işinin baş rol ifaçısı Əməkdar artist Dilarə Əliyeva Zəhranın olduqca istedadlı olduğunu deyib: “Səhnədə, ekranda olmağı haqq edən balaca aktrisadır. İnşallah parlaq gələcəyi olacaq, gözəl və maraqlı xarakterləri ilə tamaşaçıları sevindirəcək”.
Xatırladaq ki, T. Əliyeva bu il yanvarın 22-də vəfat edib. “Toppuş bacı” obrazı ilə məşhurlaşan aktrisa xərçəng xəstəliyindən əziyyət çəkirdi.