Azərbaycanı bu il “Avroviziya-2023” mahnı müsabiqəsində təmsil edən Tural və Turan əkiz qardaşları – TuralTuranX müsabiqənin keçirildiyi Liverpul şəhərində bir sıra görüşlər keçiriblər.
İctimai Televiziya və Radio Yayımları Şirkətindən (İTV) Uvertüra.az verilən məlumata görə TuralTuranX Liverpulda “Avroviziya” fanatları ilə görüşdə həm öz mahnılarını, həm də Azərbaycan dilində mahnı ifa ediblər.
Bundan başqa, təmsilçilərimiz mayın 9-da 1-ci yarımfinalda çıxış etmək üçün səhnə məşqlərini davam etdirirlər.
Xatırladaq ki, onlar 12-ci nömrə altında səhnəyə çıxacaqlar.
“Avroviziya”nın yeni qaydalarına əsasən, müsabiqədə iştirak etməyən ölkələr də bu il səsverməyə qatıla biləcəklər.
Qeyd edək ki, “Avroviziya 2023” mahnı müsabiqəsi bu il mayın 9 və13-də ötən il qalib gəlmiş Ukrayna adından Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək. Ukrayna və Böyük Britaniyanın birgə təşkilatçılığı ilə baş tutan “Avroviziya-2023”də Azərbaycanı “Tell me more” mahnısı ilə Tural və Turan Bağmanov qardaşları təmsil edir.
Müsabiqə İctimai Televiziyanın efirində canlı yayımlanacaq.