Türkiyənin məşhur “KÖFN” qrupu dağılıb.
Uvertura.az qafqazinfo-ya istinadən xəbər verir ki, qrup üzvləri Salman Tin və Bilge Kaan Etil karyeralarını ayrıca davam etdirmək qərarına gəliblər. Qeyd olunub ki, buna səbəb Etilin bir müddət xaricdə yaşamaq qərarına gəlməsidir.
Qrupun birlikdə yeni layihələr hazırlamayacağı, yalnız birgə konsertlər verəcəyi bildirilib.