Qazaxıstanın Aktau şəhərində “Türk Dünyasının Mədəniyyət Paytaxtı – 2025” ilinin rəsmi açılış mərasimi çərçivəsində Azərbaycanın mədəniyyət nazirinin müavini Murad Hüseynov ilə TÜRKSOY-un baş katibi Sultan Rayev arasında görüş baş tutub.
Uvertura.az Azərtac-a istinadən xəbər verir ki, görüş zamanı TÜRKSOY ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə edilib, həyata keçirilmiş tədbirlər, gələcəkdə nəzərdə tutulan layihələr və təşəbbüslər barədə fikir mübadiləsi aparılıb.
Həmçinin “Mədəniyyət paytaxtı” ili çərçivəsində Aktauda reallaşdırılması planlaşdırılan fəaliyyətlər barədə məlumat təqdim olunub.
Qeyd edək ki, Aktau şəhəri “Türk Dünyasının Mədəniyyət Paytaxtı – 2025” statusunu 2024-cü ilin noyabrında Türkmənistanın Anev şəhərindən rəsmən qəbul edib.