Dünya Xəbərləri

UFC İlk Dəfə Azərbaycanda Keçiriləcək

21 iyun tarixində Bakı Kristal Zalında UFC turniri təşkil olunacaq.

Uvertura.az xəbər verir ki, Azərbaycanda ilk dəfə keçiriləcək bu tədbir UFC, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin əməkdaşlığı ilə baş tutacaq.

Gecənin əsas döyüşündə keçmiş UFC yarım ağır çəki çempionu, hazırda reytinqdə 4-cü pillədə olan Camal Hill, 7-ci sıradakı Xəlil Raundtri Jr. ilə qarşılaşacaq.

Turnirin Bakıda keçirilməsi UFC-nin beynəlxalq tədbirlər xəritəsində Azərbaycanın da yer aldığını göstərir və ölkənin idman sahəsindəki inkişafını önə çıxarır.

You may also like