Daha öncə xəbər verdiyimiz kimi pop musiqi janrının ukraynalı ifaçısı, “К черту любовь”, “Твои глаза”, “Мира мало” və “В зоне риска” kimi hitlərin müəllifi Lobodanın mayın 9-da Bakıda “Baku Convention Center”in səhnəsində böyük solo konsert proqramı ilə çıxışı nəzərdə tutulmuşdu. Lakin müğənninin Bakı konserti ləğv edilib.
Uvertüra.az xəbər verir ki, bildirilib ki, bu haqda bilet almış şəxslərə məktub göndərilib.
Qeyd edək ki, biletləri şəhərin kassalarında qaytarmaq mümkündür, qiyməti isə 50-350 manat arasında dəyişirdi.