Sammy Sins official pornstar page https://pornlux.com/pornstar/sammy-sins. https://apotekdansk.com/ https://farmaciamillefolia.ro/

Tangiers Casino offers an unbeatable gaming experience! Dive into the thrill at Tangiers Casino, where endless fun awaits. With countless games and amazing bonuses, Tangiers Casino is your number one destination. Don't miss out on the excitement

Все новые игроки которые используют промокод 1вин при регистрации аккаунта получают приветственный бонус 500% до 200 000 рублей. Новые игроки получают от 1xbet поощрение – бонус при регистрации. Просто используйте промокод 1xbet и вы получите бонус 100% до 32500 рублей. Entrez le code promo 1xbet bénin un bonus VIP pour parier sur le sport de 169000 XOF ou pour le casino de 1950€ + 150 Tours Gratuits. https://bet-andreas-az.com/ https://bunafarmacie.ro/
Mədəniyyət

“Ulduz” jurnalının yeni nömrəsində…

“Ulduz” jurnalının may nömrəsi çap edilib.

Uvertüra.az xəbər verir ki, dərgi ədəbiyyatşünas, esseist Mətanət Vahidin özü ilə söhbəti, həmçinin “Şəhrizad” milli-tarixi yaddaş romanı sənət və qadın idealının təcəssümü kimi” essesi ilə açılır.

“Şeir vaxtı” rubrikasında Ramilə Qardaşxanqızının, Elsevər Məsimin, Əfşan Yusifqızının, Reyhan Kənanın, Aytac Sahədin və Xanım Sevərin şeirləri, “Nəsr” rubrikasında isə Çinarə Ömrayın “Adsız”, Hafiz Təmirovun “Dərdin böyütdüyü uşaq” hekayələri yer alıb.

Şair-publisist Qulu Ağsəsin “Nüvə başlığı və ya Faites-En Bon Usage” essesini dünyada və ölkədə baş verən hadisələrə fərqli baxış kimi də səciyyələndirmək olar. Emin Pirinin “Laçın vaxtlarımız” sərlövhəli silsilə yazıları müəllifin müharibə gündəliyindən nümunələrdir. Fərid Hüseynin “Təbiət aynası” essesi Məhəmməd Füzulinin oğluna ünvanladığı “Fəzliyə nəsihət” qəsidəsindən bəhs edir.

Professor Məti Osmanoğlunun “Ustad dərsləri”nin cari mövzusu filosof Fridrix Şegelin “Mifologiya haqqında nitq”idir. Tatar ədəbiyyatının istedadlı nümayəndələrindən sayılan Gözəl Yaxinanın “Soyağacı” hekayəsi Seyfəddin Hüseynlinin tərcüməsində təqdim edilir. Aygün Əzizin “Dilimizin anasını ağlatmışıq” başlıqlı yazısında dilimizə başqa dillərdən keçmiş sözlərin geniş təhlili aparılır. Şəfa Vəlinin “Uzaqdakı yaxınlar: Nüşabə Əsəd Məmmədli” yazısı, adından da göründüyü kimi, yazıçı- dramaturq Nüşabə Əsəd Məmmədlinin həyat və yaradıcılığının maraqlı məqamlarına işıq tutur.

“Qısa fikirlər xəzinəsi”ni Erix Mariya Remark, Luis Kerroll, Tomas Eliot və başqalarının fikirləri bəzəyir. Mobil Aslanlı Huntürkün “A.Bakıxanovun poetik düşüncəsində sağlam həyat tərzi” araşdırma yazısı böyük ədibin əsərlərində sağlamlıqla bağlı tərbiyəvi məqamları diqqətə çatdırır.

“Dərgidə kitab” rubrikasında filologiya üzrə fəlsəfə doktoru Kəmalə Umudovanın “Adı soyadını eşidən şair: Qulu Ağsəs” yazısı yer alıb. Yazı şair Qulu Ağsəsin zəngin yaradıcılığının əsas istiqamət və məqamlarını özündə ehtiva edir.

“Dərgidə sərgi” rubrikasında isə 8 yaşlı rəssam Ağazadə Əbəlfəzlin rəsm əsərlərinə yer verilib.

You may also like