Ülviyyə Namazova efirdə etdiyi hərəkətə görə peşman olduğunu açıqlayıb
Uvertura.az xəbər verir ki, müğənni Ülviyyə Namazova bir müddət əvvəl efirdə etdiyi hərəkətə görə peşman olduğunu bildirib.
“Tarixin Bir Günü” verilişinə qonaq olan ifaçı, həmkarı Aysun İsmayılovanın şəkilini cırdığına görə peşman olduğunu etiraf edib.
O, belə deyib: “Öz vicdanımda peşman oldum. Etməməliydim! Qorxacaq heç nəyim yoxdur. Bəziləri yazacaq ki, belə oldu. Amma mən qorxsaydım, sözümü deməzdim.”