Tanınmış şairə Nazilə Səfərli dünən baş verən təyyarə qəzası ilə bağlı “İnstagram” hesabında paylaşım edib.
Uvertura.az Ölkə.az-a istinadən xəbər verir ki, şairə öz paylaşımında təyyarə səyahətlərində təhlükəsizliyə dair maraqlı bir məqama diqqət çəkib:
“Təyyarəyə minməkdə olan insanların 90%-i ön sıralarda oturmaq istəyir, biznes-klass üçün böyük pullar xərcləyir, halbuki təyyarənin ən təhlükəsiz yeri quyruğudur. Ümid edirəm, bu gün baş vermiş faciədə hər kəs özünə bir dərs çıxaracaq. Dönüşü olmayan təyyarədə həyatını itirənlərə Allahdan rəhmət diləyirəm. Şəhid pilotlarımıza və şəhid təyyarə bələdçimizə sonsuza qədər minnətdarıq. Onlar qəhrəmandırlar. Başımız sağ olsun.”
Nazilə Səfərli hadisəni böyük üzüntü ilə qarşıladığını qeyd edib və qəza nəticəsində həyatını itirənlərə rəhmət, onların ailələrinə isə səbir diləyib.