“Yalı çapqını” serialındakı İfakat rolu ilə daha da məşhurlaşan aktrisa Gülçin Santırçıoğlu bu günlərdə verdiyi bir açıqlama ilə gündəmə gəlib.
Uvertura.az Türkiyə mediasına istinadən xəbər verir ki, 50 yaşlı aktrisa bu günə qədər övlad sahibi olmaq istəməməsindən, bunun əvəzinə gəzməyi seçməsindən danışıb.
“Mən ərimlə ömrüm boyu sevgili kimi qalmağı istədim. Uşaq istəmədim, bunun əvəzinə gəzməyi, əylənməyi seçdim. Peşman da deyiləm. Kimin övladı varsa, ona afərin, nə gözəl, gülə- gülə böyütsün, mən istəmirəm. Buna görə məni niyə atəşə tuturlar anlamıram. Cəmiyyətin qəribə təzyiqləri var. Uşaq istəməyən qadınlara daim eyni sualı verirlər. Ömrüm boyu hər kəsdən “peşmansanmı” sualını eşitmişəm. Peşman deyiləm, camaat, peşman deyiləm, əl çəkin. Kişilərə bu sual o qədər də verilmir. Amma bu sualın özünün verilməsi belə mənim şəxsi həyatıma müdaxilədir, bizim insanlarımız bunu anlamaq istəmirlər”,- deyə o bildirib.