9 aprel saat 15:00-da Akademik Opera və Balet Teatrı uşaqlar üçün “Çəkməli pişik” operasını təqdim edəcək. Uvertüra.az Teatr-a istinadən xəbər verir ki, çəkmə vasitəsilə üstün bacarıqlarını ortaya çıxaran pişik, qısa müddətdə qəhrəmana çevrilir. Bu balaca qəhrəmanın hekayəsini operada izləmək şansını qaçırmayın! İki pərdəli opera rus dilində olacaq. Biletləri iTicket.az saytından əldə etmək olar.
Uşaqlar üçün “Çəkməli pişik” operası təqdim ediləcək
