Notice: Function _load_textdomain_just_in_time was called incorrectly. Translation loading for the nano domain was triggered too early. This is usually an indicator for some code in the plugin or theme running too early. Translations should be loaded at the init action or later. Please see Debugging in WordPress for more information. (This message was added in version 6.7.0.) in /home/uvertura/public_html/wp-includes/functions.php on line 6114
Uşaqların Beynəlxalq Müdafiəsi Günü “Azərxalça” ASC-də qeyd olunub – Uvertura.az
Sammy Sins official pornstar page https://pornlux.com/pornstar/sammy-sins. https://apotekdansk.com/ https://farmaciamillefolia.ro/

Tangiers Casino offers an unbeatable gaming experience! Dive into the thrill at Tangiers Casino, where endless fun awaits. With countless games and amazing bonuses, Tangiers Casino is your number one destination. Don't miss out on the excitement

Все новые игроки которые используют промокод 1вин при регистрации аккаунта получают приветственный бонус 500% до 200 000 рублей. Новые игроки получают от 1xbet поощрение – бонус при регистрации. Просто используйте промокод 1xbet и вы получите бонус 100% до 32500 рублей. Entrez le code promo 1xbet bénin un bonus VIP pour parier sur le sport de 169000 XOF ou pour le casino de 1950€ + 150 Tours Gratuits. https://bet-andreas-az.com/ https://bunafarmacie.ro/
Mədəniyyət

Uşaqların Beynəlxalq Müdafiəsi Günü “Azərxalça” ASC-də qeyd olunub

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu gün Azərbaycanda uzun illərdir geniş qeyd edilir. Ölkəmizdə uşaqların müdafiəsi və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb, uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda qanunvericilik bazası formalaşıb, “Uşaq hüquqları haqqında” qanun (1998-ci il 19 may) və bəzi digər normativ-hüquqi aktlar qəbul edilib. Azərbaycanda uşaqların sağlam, savadlı, hərtərəfli, vətənpərvər və ən əsası vətəndaş kimi formalaşması üçün şərait yaradılmasına xüsusi diqqət yetirilir.

Artıq üçüncü ildir ki, 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü “Azərxalça” ASC-də geniş qeyd olunur.

ASC-dən bildirilib ki, bu il “Azərxalça” ASC, “United Aid For Azerbaijan” (UAFA) təşkilatı və “McDonald’s” şirkətinin birgə təşkilatçılığı ilə UAFA-nın Yasamalda yerləşən İcma Əsaslı Reabilitasiya Mərkəzinin xüsusi qayğıya ehtiyacı olan uşaqları üçün “Azərxalça” ASC-nin İçərişəhərdə yerləşən satış və nümayiş salonunda xüsusi tədbirlər, ustad dərsləri təşkil olunub. Cəmiyyətin xüsusi qonaqları xalçalarla tanış olub, toxuma prosesində iştirak edərək, yaradıcı qrupun nəzarəti altında milli xalça naxışlarını, xüsusilə Qarabağ xalçalarının ornamentlərini öz təxəyyüllərinə uyğun boyayıblar.

Həyata keçirilən tədbir uşaqların sosial reabilitasiyasına töhfə verir. Bu uşaqların bacarıq və özünə inamlarının nümayiş olunması üçün nəzərdə tutulan ustad dərslərinin onlarda pozitiv əhval-ruhiyyə yaratmaq, sosiallaşmaq və cəmiyyətə inteqrasiyası baxımından əhəmiyyətlidir. Məqsəd bu uşaqların bacarıqlarının inkişafına, sosial-mədəni, sosial-psixoloji və pedaqoji reabilitasiyasına, onların ailələrinə diqqətin göstərməkdir.

“Azərxalça” ASC gerçək həyat təcrübəsi qazandırmaq və uşaqların öyrənmə bacarıqlarına yiyələnməsinə dəstək prosesində hər zaman fəal iştirak edir və inanır ki, xalça dünyasına səyahət edən uşaqlarda xalça toxuma, ornamentləri boyama, rəngli saplarla oynama, xalçaların sirli-sehrli rəngləri də əslində yaxşı reabilitasiya üsuludur.

Hər zaman uşaqların sevincinə rəng qatan “McDonald’s Azərbaycan bu il də uşaqlarımızı sevindirdi. Ustad dərsləri bitdikdən sonra uşaqlar üçün təşkil olunmuş bayram McDonald’s filialında davam etdirilib. Uşaqlar burada əylənib öz sevimli menyularını dadaraq gözəl vaxt keçiriblər. McDonald’s Azərbaycan şirkəti öz xeyriyyə tədbirləri ilə cəmiyyətimizdə xüsusi yer tutur və daima bu tipli tədbirlər, müxtəlif sosial layihələr keçirərək öz dəstəyini göstərməkdə davam edir.

Məlumat üçün bildirək ki, bu gün 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün (International Children’s Day) qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.

Ölkəmizdə uşaq hüquqlarının təmin olunması və qorunması işıqlı, parlaq və ümidverici gələcəyimizin qarantıdır. Uşaqların istedadının üzə çıxarılması, fiziki məhdudiyyəti olan uşaqların ictimai həyatda fəal iştirakı, inteqrasiya olunması, uşaqların asudə vaxtlarının səmərəli təşkil olunması istiqamətində “Azərxalça” ASC bu tipli tədbirləri il ərzində davam etdirməyi də planlaşdırır.

You may also like