Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin “Ustad Ələsgərin Göyçə harayı – Vətənə sarı” adlı layihəsi çərçivəsində növbəti tədbir Saatlı rayonunda təşkil olunub.
İctimai Birlikdən Uvertura.az-a bildirilib ki, tədbirdə əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə əvvəlcə “Qərbi Azərbaycan həqiqətləri” adlı videoçarx nümayiş olunub.