Vaqif Poeziya Günləri çərçivəsində iyulun 19-da Şuşa Hotel-Konqres Mərkəzində Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilən “Sözün repressiyası” (2022) sənədli filminin nümayişi olub.
Uvertura.az xəbər verir ki, “Bulatfilm Production” şirkətinin istehsalı olan filmin rejissoru Rafiq Həşimov, ssenari müəllifi Səlim Babullaoğlu, operatoru Rüfət Süleymanovdur.
Filmdə repressiya qurbanı olmuş 31 yazıçı, şair və digər ziyalılarımız xatırlanır, bəzilərinin faciəvi həyat tarixçəsi danışılır. Eyni zamanda ekran işində Stalin repressiyalarının retrospektiv planda faciəvi və tarixi fəlsəfəsi də araşdırılır.