Mədəniyyət

Vaqif Poeziya Günləri çərçivəsində Şuşada konsert proqramı keçirilib

İyulun 22-də Şuşada Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə keçirilən Vaqif Poeziya Günləri çərçivəsində konsert proqramı təqdim olunub.

Uvertura.az xəbər verir ki, konsert Xurşidbanu Natəvanın evinin qarşısında keçirilib.

Proqramda Azərbaycanın milli rəqsləri, həmçinin xalq və bəstəkar mahnıları ifa olunub.

Qeyd edək ki, Vaqif Poeziya Günləri iyulun 23-də yekunlaşacaq.

You may also like