“İnstaqramdan televiziyada nələr baş verdiyini izləyirəm, biabırçılıqdır. Buradan baxanda çox gülünc görünür. Enməyin bu qədər. Çox biabırçı verilişlər var. Adam həmin verilişlərə getməyə utanır”.
Uvertura.az xəbər verir ki, müğənni Nadir Qafarzadə sosial şəbəkədə paylaşdığı videoda belə deyib. Sənətçi, verilişlərə dəvət edilən qonaqları sərt şəkildə tənqid edib:
“Aparıcılar, çağırdığınız qonağa fikir verin, səviyyəni qoruyun, hər şeyi reytinqlə ölçməyin. Sonra deyirsiniz ki, bəzi ifaçılar efirə gəlmir. Gəlməyəcək də, bizim stajımız var. Milyon milçək bir zibilə qonur. Amma bu reytinq, səviyyə deyil. Bu sözümdən inciyirsinizsə, gedin su için. Hamını efirə çağırırsınız. Filankəs TikTok-da reytinqlidi verilişə çağıraq etməyin”.