Türkiyənin tanınmış müğənnisi Volkan Konak 58 yaşında dünyasını dəyişib.

Uvertura.az xəbər verir ki, sənətçi Şimali Kipr Türk Respublikasında konsert zamanı qəfil səhhətində problem yaşayıb.

Volkan Konak təcili olaraq Mağusa dövlət xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

You may also like