Mədəniyyət

Xətai rayonunda İkinci Kəlağayı Festivalı keçirilib

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Xətai rayonunda “II Kəlağayı Festivalı” keçirilib

Xətai Rayon İcra Hakimiyyətinin, “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin və “Kəlağayı Ev Muzeyi”nin birgə təşkilatçılığı ilə Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində “II Kəlağayı Festivalı” baş tutub.

Uvertura.az xəbər verir ki, festival çərçivəsində sərgi, rəsmi açılış mərasimi və rəngarəng konsert proqramı təqdim olunub.

Tədbirdə rayon icra hakimiyyətinin rəhbərliyi, müxtəlif dövlət qurumlarının nümayəndələri, incəsənət və ədəbiyyat xadimləri, aşıqlar, şairlər, media nümayəndələri və çoxsaylı sakinlər iştirak ediblər.

Festivalın açılışında çıxış edən “Mirvarid Dilbazi Poeziya Məclisi”nin sədri və “Kəlağayı Ev Muzeyi”nin direktoru Güllü Eldar Tomarlı tədbirin milli dəyərlərin təbliğindəki önəmini vurğulayıb.

You may also like