“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni nömrəsi nəşr edilib.
Uvertüra.az xəbər verir ki, jurnalın bu nömrəsində oxucular maraqlı mövzularla tanış ola biləcəklər.
Belə ki, jurnalın rubrikalarında Herman Hessenin Nobel nitqi və “Çətin yol” hekayəsi, F.M.Dostoyevskinin “Dayının yuxusu” povesti, Mövlud Süleymanlının “Payız muştuluqları” hekayəsi, Kolm Toybinin “Bruklin” romanının ardı, Dzyunyitiro Tanizdakinin “Kiçik dövlət”, Haruki Murakaminin “Taksidəki qaniçən”, Yasunari Kavabatanın “Şüşə” hekayələri, Con Steynbekin “Rusiya gündəliyi” yer alıb. Bundan başqa, oxucular jurnalın budəfəki nömrəsində David Markişin “Bəxtəvər Tal” hekayəsi, Tatyana Uvarovanın şeirləri, Semyuel Bekketin “Xoşbəxt günlər” pyesi, Aristotel, Sokrat və Siseronun məşhur kəlamları, həmçinin digər əsərlərlə tanış ola biləcəklər.
https://www.youtube.com/watch?v=vU0Ip6KyMvQ&embeds_euri=https%3A%2F%2Faztc.gov.az%2F&feature=emb_logo