Mədəniyyət

Xalça Muzeyi yenilənmiş ekspozisiyası ilə ziyarətçilərin ixtiyarında

Avqustun 1-dən etibarən Azərbaycan Milli Xalça Muzeyi öz qapılarını yenilənmiş ekspozisiyası ilə ziyarətçilərinin üzünə yenidən açacaq.

Muzeydən Uvertura.az-a bildirilib ki, ziyarətçilər sabahdan etibarən bu möhtəşəm məkanda heç vaxt görmədikləri bir-birindən dəyərli, rəngarəng xalçalarla tanış ola, onlardan zövq ala biləcəklər.

Xatırladaq ki, Xalça Muzeyi iyulun 21-dən 31-dək profilaktik tədbirlərlə əlaqədar fəaliyyətini dayandırmışdı.

You may also like