Xalq artisti Emin Ağalarov “YouTube”də yayımlanan “Разборщик” layihəsinə müsahibə verib.
Uvertura.az xəbər verir ki, Emin bildirib ki, Bakıda yerləşən mərkəz 1 ayda 200-300 min dollarlıq su alınır:
“Burada su daşıyıcıları ilə bağlı problemləri həll etməyə çalışırıq. Bu həddən artıq çox puldur. Biz su alırıq. Alınan suya yayda ayda təxminən 200-300 min dollar (340 – 510 min manat) xərclənir. Bu isə 3 aya təxminən 1 milyon dollar ( 1,7 milyon manat) edir. Amma bu müvəqqətidir. Gələn yaya qədər su və kanalizasiya mərkəzləşəcək”.