İyunun 21-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında klassik estrada musiqimizin parlaq nümayəndələrindən biri olan Xalq artisti Sərxan Sərxan növbəti dəfə konsert proqramı ilə çıxış edəcək.
Mahnı Teatrından Uvertura.az-a verilən məlumata görə gecədə müğənni sevilən lirik kompozisiyaları ilə yanaşı, repertuarındakı retro və müəllif, dillər əzbəri olan hit mahnılarını ifa edəcək.
Qeyd edək ki, 1952-ci il iyunun 18-də Bakıda anadan olan Sərxan Sərxan Moskva Konservatoriyası nəzdində Musiqi məktəbinin gitara sinfini və Qnesinlər adına Musiqi məktəbini vokal üzrə bitirib. Eyni zamanda Moskva və Azərbaycan filarmoniyalarında çalışıb.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.