Sammy Sins official pornstar page https://pornlux.com/pornstar/sammy-sins. https://apotekdansk.com/ https://farmaciamillefolia.ro/

Tangiers Casino offers an unbeatable gaming experience! Dive into the thrill at Tangiers Casino, where endless fun awaits. With countless games and amazing bonuses, Tangiers Casino is your number one destination. Don't miss out on the excitement

Все новые игроки которые используют промокод 1вин при регистрации аккаунта получают приветственный бонус 500% до 200 000 рублей. Новые игроки получают от 1xbet поощрение – бонус при регистрации. Просто используйте промокод 1xbet и вы получите бонус 100% до 32500 рублей. Entrez le code promo 1xbet bénin un bonus VIP pour parier sur le sport de 169000 XOF ou pour le casino de 1950€ + 150 Tours Gratuits.
Mədəniyyət

Xalq rəssamı Tahir Salahovun vəfatından iki il ötüb

Mayın 21-də Xalq rəssamı Tahir Salahovun vəfatından iki il ötüb.

Uvertüra.az xəbər verir ki, o, 1928-ci il noyabr ayının 29-da Bakı şəhərində anadan olub. 1937-ci ildə onun atası Teymur Laçın rayonunun birinci katibi vəzifəsinə təyin edilmişdir. Bu onun sonuncu iş yeri olmuşdur. 1937-ci il sentyabrın 29-da atasını həbs edib, ona trotskist-zinovyevçi əks-inqilabçı təşkilatının üzvü, ziyankar, terrorçu və Azərbaycanı SSRİ-dən ayırmağın təşəbbüskarı kimi dörd ən ağır ittiham irəli sürüb, xalq düşməni damğası vurdular. O, doqquz aydan sonra iyulun 4-də isə güllələnmişdir.

Protokolda yazılmışdı ki, istintaq zamanı Teymur Salahov özünü günahkar hesab etməyib, etiraz səsini ucaltmış, lakin cəmi 15 dəqiqə sürən məhkəmə güllələnmə qərarı çıxarmış və bu qərar dərhal həyata keçirilmişdi. Evdar qadın olan anası Sona xanım beş uşaqla təkcə qalmışdır. Böyük qardaşı Sabirin 11, ortancıl qardaşı Mahirin 10, özünün 9, kiçik bacısı Zərifə Salahovanın 5 yaşı, körpə Leyla isə cəmi 2 aylıq idi.

Təhsili və ilk rəsm əsərləri

O, 1945-ci ildə Bakı şəhərində orta məktəbi bitirmişdir. 1950-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirib, daha sonra V. İ. Muxina adına Leninqrad ali rəssamlıq sənaye məktəbinə daxil olmuşdur. 1951-ci ildə V.İ.Surikov adına Moskva İncəsənət İnstitutuna daxil olmuşdur. 1955-ci ildə “Dalğa” və “Estakada” adlı ilk əsərlərini çəkmiş, ümumittifaq, xarici və respublika sərgilərində iştirak etmişdir. O, 1957-ci ildə V. İ. Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunu rəssam-nəqqaş peşəsi üzrə bitirmişdir. Diplom işi olan “Növbədən qayıdanlar” əsəri ilə Oktyabr inqilabının 40 illiyinə həsr olunmuş Ümumittifaq sərgisində iştirak etmişdir. Həmin ildə Tahir Salahov SSRİ Rəssamlıq İttifaqına üzvlüyə qəbul edilmişdir və gənclərin və tələbələrin VI Ümumdünya festivalı çərçivəsində Moskvada keçirilən gənc rəssamların əsərlərinin Beynəlxalq sərgisində iştirak etmişdir.

Bəstəkar Qara Qarayevin portreti (1960)

Yaradıcılığı

1958-ci ildə “Səhər eşelonu” əsərini çəkmişdir. 1959-cu ildə “Rezervuar parkı”, “Neftçi” əsərlərini çəkmişdir. 1960-cı ildə “Təmirçilər” və “Qara Qarayevin portreti” əsərlərini çəkmişdir. 1960-cı ildə “Xəzər üzərində” əsərini çəkmişdir.

1967-ci ildə Oktyabr inqilabının 50 illiyinə həsr olunmuş Ümumittifaq bədii sərgisində “Abşeron qadınları”, “Bəstəkar Fikrət Əmirovun portreti” və “Aydan” işləri ilə iştirak etmişdir. 1977-ci ildə Oktyabr inqilabının 60 illiyinə həsr olunmuş “Leninizm yolu ilə” Ümumittifaq sərgisində iştirak etmişdir. 1986-cı ildə “Xəzərdə səhər” əsərini çəkmişdir.

Növbədən qayıdanlar (1957)

1992-ci ildə Rəssamların Beynəlxalq Federasiyasının vitse-prezidenti seçilmişdir. 1996-cı ildən Rusiya Federasiyasının Xalq rəssamıdır.

2012-ci ildə Bakının İçərişəhər tarixi-memarlıq qoruğunun İlyas Əfəndiyev küçəsində ev-muzeyi açılıb. Ev-muzey Tahir Salahovun Azərbaycan dövlətinə bağışladığı özünün rəsm əsərlərindən ibarət kolleksiyası və şəxsi arxivi əsasında yaradılıbdır.

Ölümü

Tahir Salahov 20 may 2021-ci ildə 92 yaşında Almaniyanın Berlin şəhərində müalicə olunduğu ağciyər iltihabından vəfat etmişdir. Bakıda Fəxri Xiyabanda dəfn olunub.

Şəxsi həyatı

1947-ci ildə Tahir Salahov özbək rəqqasəsi Tamara xanımın qızı Vansetta Qarayaqubova ilə ailə həyatı qurub. Vansetta xanımla Tahir Salahovun nikahından Lara (1949), Alagöz (1953) və Aydan (1964) adlı 3 qız övladı dünyaya gəlib, lakin sonradan cütlük arasında münasibətlər pozulub.

Boşandıqdan sonra Tahir Salahov Varvara Salahova (1952–2020) ilə ailə həyatı qurub. Onların 1977-ci ildə İvan adlı oğlu dünyaya gəlib. 2021-ci ildə Rusiya Rəssamlıq Akademiyasında “Tahir Salahov medalı” təsis edilmişdir.

Oxşar Xəbərlər