Bu gün Xalq şairi Vaqif Səmədoğlunun anadan olmasının 85 ili tamam olur.
Vaqif Səməd oğlu Vəkilov 1939-cu il iyunun 5-də Bakıda anadan olub. O, Bülbül adına Musiqi Məktəbində, Azərbaycan Dövlət Konservatoriyasında fortepiano ixtisası üzrə ali təhsil alıb, Moskvada Çaykovski adına Konservatoriyada ixtisas kursu keçib. Azərbaycan Dövlət Konservatoriyasında, “Azərbaycanfilm” kinostudiyasında, “Yazıçı” nəşriyyatında, “Oğuz eli” qəzetində çalışıb. Onun “Yeddi şeir” adlı ilk mətbu əsəri 1963-cü ildə “Azərbaycan” jurnalında dərc olunub. Şairin əsərləri bir çox xarici dillərə tərcümə edilib, kitabları MDB ölkələrində, Türkiyə və İranda nəşr olunub. Vaqif Səmədoğlu “Uca dağ başında”, “Bəxt üzüyü”, “Lotoreya”, və s. kimi bu adlı əsərlər yazıb. Şairin sözlərinə çox sayda mahnılar bəstələnib. O, teatr və kino üçün silsilə əsərlərin müəllifi olub. Vaqif Səmədoğlu “Əməkdar incəsənət xadimi”, “Xalq şairi” fəxri adlarına layiq görülüb, “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif edilib, Dövlət mükafatına və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Vaqif Səmədoğlu 2015-ci ildə vəfat edib.