Mədəniyyət

Xalq şairləri Rəsul Rza və Nigar Rəfibəylinin kitablarının təqdimatı olacaq

Mayın 24-də “Qanun” nəşriyyatında Xalq şairi Rəsul Rzanın yeni çapdan çıxmış “Azərbaycan poeziyası. Seçmə şeirlər” kitabının təqdimatı keçiriləcək.

Uvertura.az xəbər verir ki, nəşriyyatın Azərbaycan ədəbiyyatı redaksiyası tərəfindən “Azərbaycan poeziyası. Seçmə şeirlər” layihəsi çərçivəsində işıq üzü görən kitab şairin 115 illik yubileyinə həsr olunub.

Kitabın “Ön söz” müəllifi, filologiya elmləri doktoru Cavanşir Yusiflidir.

Tədbirdə Xalq şairi Nigar Rəfibəylinin eyni seriyadan bir az əvvəl işıq üzü görmüş kitabı da oxucuları təqdim ediləcək.

You may also like