Xankəndi şəhərində, Zəfər meydanında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram konserti təşkil olunub.
Uvertura.az xəbər verir ki, əvvəlcə Azərbaycan Dövlət Himni ifa edilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirdə şəhərin müxtəlif dövlət qurumları, təşkilatlar, elmi və təhsil müəssisələri, gənclər, veteranlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Həmçinin, bir neçə saat davam edən bayram konsertində ölkənin tanınmış incəsənət xadimləri və rəqs kollektivləri çıxış ediblər.