Martın 18-də saat 19:45-də Xankəndidəki Zəfər meydanında “Xankəndinin bahar nəğməsi” adlı konsert proqramı keçiriləcək. Tədbir Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə baş tutacaq.

Uvertura.az Report-a istinadən xəbər verir ki, Bununla yanaşı, Xankəndi, Xocalı və Ağdərədə axırıncı torpaq çərşənbəsi də qeyd ediləcək. Novruzun əsas rituallarından biri olan tonqal qalanacaq və sakinlər Xocalı şəhərinin girişində qurulan Səməni ətrafına toplaşaraq uzun illər həsrətində olduqları torpaqlarda baharın gəlişini bayram edəcəklər.

You may also like