“Mahnını Şəhriyarla yazanda bilirdim ki, uğurlu olacaq. Bütün bölgələrin adına mahnı var. Amma Xankəndinə aid mahnı yoxdur. Mən də Xankəndidə anadan olmuşam. Az adam tanıyıram ki, orada doğulub. İstədim ora üçün mahnı olsun. Müəlliflə birlikdə bu bəstəni hazırladıq. Sırf mənim istəyim və sifarişimlə yazılan mahnıdır. Bu uğuru gözləyirdim”.
Uvertura.az xəbər verir ki, bu sözləri Axşam.az-a açıqlamasında müğənni Xatirə İslam deyib.