Oktyabrın 1-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində ənənəvi kitab bayramı – XI Bakı Beynəlxalq Kitab Sərgisinin açılışı baş tutub.
Uvertura.az xəbər verir ki, 7 oktyabra qədər davam edəcək sərgidə 23 ölkədən nəşriyyat və təşkilatlar iştirak edir. Oxu mədəniyyətinin, elmin və ədəbiyyatın təbliği üçün mühüm platforma olan sərgiyə giriş ödənişsizdir.
