“Qızınızla bağlı təhdid olunuram. Mənim jurnalistlik fəaliyyətimə maneələr var. Rəsmi şəkildə verilişə müraciət edilib”.
Uvertura.az xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı “Səni axtarıram” proqramında deyib. O, verilişə qızının tapılması ilə bağlı müraciət edən Zemfira adlı qadından bəhs edib. Aparıcı bildirib ki, Sevda adlı qızın axtarışı üçün onu təhdid edirlər:
“Ana çıxıb qızını axtarır. Qızının həyat yoldaşı, qayınanası ananın yalan danışdığını deyir. Biz Gürcüstan, Türkiyə və Çində qızı axtarışa vermişik. Bazar günü mənə mesaj gəlib ki, qız Fransadadır. Mən də bu sahədə işə başladım. Qız bizim redaktora mesaj yazır. Axtarışın dayandırılmasını istəyir. Amma əməkdaşlarımız deyir ki, Sevda olduğunuza əmin olmaq üçün zəng edin, səs yazın. Nömrə cavab vermir. Efirdə Sevdaya müraciət etmişəm, amma cavab yoxdur. Əvəzində təhdid edilirəm”.