“Yaddaş sarayları” adlı sənədli filmin çəkilişləri başa çatıb.
Uvertura.az Azərtac-a istinadən xəbər verir ki, filmin rejissoru Mətləb Muxtarov, prodüseri isə Emil Nəcəfovdur.
Sənədli film, Azərbaycan Respublikasının Kino Agentliyinin təşkil etdiyi postprodakşn mərhələsindəki film layihələrinə dəstək müsabiqəsinin qaliblərindən biridir.
Çəkilişləri Sumqayıt şəhərində aparılan bu ekran əsərinin müddəti 27 dəqiqədir. “Yaddaş sarayları”, uşaqlığının ən maraqlı dövrünə qayıtmaq istəyən rejissorun daxili axtarışını əks etdirir.