Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Şöhlət Əfşarın vəfatından 2 il ötür.
Şöhlət Əfşar (Axundov Şöhlət Əşrəf oğlu) 1949-cu ildə Ağcabədi rayonunun Avşar kəndində anadan olmuş, ömrünün 73-cü çağında həyatla vidalaşmışdır. Şairimiz yaşadığı illərdə yaradıcı fəaliyyətlə məşğul olmuşdur. O, “Vəfa” jurnalında əməkdaş və redaksiya heyətinin üzvü, həmçinin “Zamanın nəbzi” İctimai-siyasi qəzetinin Baş redaktoru olmuşdur.
Bundan başqa, “Uvertura” ictimai-siyasi və ədəbi qəzetinin Təsisçisi və Baş redaktoru kimi fəaliyyət göstərmişdir.
Eyni zamanda, “Sükutdan asılmışam”, “Dodaqdan könüllərə”, “Bu dünyanın havasına oynama” və başqa kitabların müəllifidir.
Qeyd edək ki, mərhum şairimiz Dünya Avşarlar Dərnəyinin Azərbaycan təmsilçisi idi.
Allah rəhmət eləsin!